İmişlidə qanunsuz tikili sökülüb - VİDEO

İmişlidə qanunsuz tikili sökülüb - VİDEO
# 05 mart 2024 15:58 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

APA FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, İmişli rayonunun Ağcüyür kəndi ərazisində qanunsuz olaraq tikinti işinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İmişli Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR