Bank Of Baku

İşıqforda dayanmayan skuter sürən şəxsi avtomobil vurub - VİDEO

İşıqforda dayanmayan skuter sürən şəxsi avtomobil vurub - VİDEO
# 26 dekabr 2023 10:08 (UTC +04:00)

İşıqforun işığının tələbinə məhəl qoymayan elektroskuter idarə edən şəxsi avtomobil vurub.

APA xəbər verir ki, bu barədə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə bir neçə gün əvvəl Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində baş verib:

"Müşahidələr göstərir ki, bəzi şəxslərin yollarda bu kimi davranışı qəzalara səbəb olur. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi skuter idarə edən şəxslərdən yollarda svetofor və yol nişanlarının tələblərinə əməl etməyi, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün təhlükə yaratmamağı xahiş edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR