İsmayıllıda avtomobil qəzası baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən, hadisə İsmayıllının Xanagah kəndində qeydə alınıb. Hadisə nəticəsində bir nəfərin dünyasını dəyişdiyi, bir nəfərində ağır yaralandığı bildirilir.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, minik avtomobilində olan sərnişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.