İzmir küçəsində yanğınla bağlı avtomobillərin hərəkətinə məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB

İzmir küçəsində yanğınla bağlı avtomobillərin hərəkətinə məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB
# 22 fevral 2024 20:37 (UTC +04:00)

Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyi NİİM-dən bildirilib.

***

19.42

İzmir küçəsində yanğınla bağlı avtomobillərə məhdudiyyət qoyulub.

Daxili İşlər Nazirliyi NİİM-dən APA-ya verilən xəbərə görə, Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Sürücülərdən alternativ olaraq Tbilisi prospekti ilə Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində hərəkət etmələri tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR