Ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 41 nəfər saxlanılıb, оnların 12-i Azərbaycan, 11-i Pakistan, 7-i İran, 3-ü Əlcəzair, 3-ü Şri-Lanka, 2-i Hindistan, 2-i Mərakeş, və 1-i İraq vətəndaşı оlub.
APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirib ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 13 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.