Keçən il 45 nəfər Azərbaycana ekstradisiya olunub

Keçən il 45 nəfər Azərbaycana ekstradisiya olunub
# 05 mart 2024 16:03 (UTC +04:00)

2023-cü il ərzində 45 şəxsin Azərbaycan Respublikasına ekstradisiya olunması təmin edilib.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hesabatda bilirilir ki, 2023-cü il ərzində MDB ölkələrinin ərazisində törətdikləri cinayət əməllərinə görə təqsirləndirilərək, beynəlxalq axtarışı elan edilib və Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş 100 şəxs barəsində istintaq orqanlarından müvafiq vəsatətlər daxil olub. Onlardan 17-i təmin edilib, 71 şəxsin verilməsindən imtina edilib, 4 vəsatət geri götürülüb, 8 vəsatət isə növbəli hesabat ilinə qalıq qalıb.

2023-cü il ərzində Rusiyadan 24, Moldovadan 2, Gürcüstandan 5, Ukraynadan 5, Polşadan 2, Belarusyadan 4, Almanyadan 1, Böyük Britaniyadan 1 və Livandan 1 şəxs olmaqla, ümumilikdə 45 şəxsin Azərbaycan Respublikasına ekstradisiya olunması təmin edilib.

Hesabat dövründə həmçinin Rusiyaya 11, Özbəkistana 5, Hindistana 1 və Türkiyəyə 1 nəfər olmaqla cəmi 18 şəxsin Azərbaycan Respublikasından ekstradisiyası təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR