Korrupsiya cinayəti törədən 56 şəxs cinayət başında yaxalanıb

Korrupsiya cinayəti törədən 56 şəxs cinayət başında yaxalanıb
# 05 mart 2024 16:34 (UTC +04:00)

2023-cü il ərazində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarədə 382 cinayət xarakterli materiala baxılıb.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Qeyd edilib ki, 301 material üzrə Cinayət Məcəlləsinin müxtəlif ilə cinayət işləri başladılıb, 81 material üzrə cinayət işinin başlanması rədd edilməsi haqqında qərarlar qəbul edilmiş və digər prokuror təsir tədbirləri tətbiq edilib.

Baş İdarənin əməliyyat qurumları tərəfindən 158 cinayət işi başlanılıb. Keçirilmiş 49 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 56 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 30 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR