Bank Of Baku

Kür çayında köməksiz qalan şəxslər xilas edilib - VİDEO

Kür çayında köməksiz qalan şəxslər xilas edilib - VİDEO
# 22 yanvar 2024 10:11 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərindən keçən hissəsində motorlu qayıqda baş verən nasazlıq səbəbindən 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan 2 nəfər xilas edilib və qayıq yedəyə alınaraq sahilə çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR