Bank Of Baku

Kürdəmirdə iki azyaşlı bacı dəm qazından boğularaq ölüb

Kürdəmirdə iki azyaşlı bacı dəm qazından boğularaq ölüb
# 06 mart 2023 09:21 (UTC +04:00)

Kürdəmirdə iki uşaq dəm qazından boğulub.

APA xəbər verir ki, Karrar kənd sakinləri 2012-ci il təvəllüdlü Səma Qasımzadə və 2014-cü il təvəllüdlü Fəridə Qasımzadə yaşadıqları evdə dəm qazından boğularaq ölüb.

Məlumata əsasən, uşaqlar hamam otağında qazla çalışan suqızdırıcısından qaz sızması nəticəsində ölüblər.

Onları anaları hamam otağında ölmüş vəziyyətdə aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR