Bank Of Baku

Lənkəranda 10 gün əvvəl arvadına və özünə xəsarət yetirən 69 yaşlı kişi təcridxanada ölüb

Lənkəranda 10 gün əvvəl arvadına və özünə xəsarət yetirən 69 yaşlı kişi təcridxanada ölüb
# 15 mart 2024 16:53 (UTC +04:00)

Lənkəranda 10 gün əvvəl arvadına, sonra özünə xəsarət yetirən şəxs ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, martın 5-də Lənkəran rayonunun Mamusta kəndində 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikov əvvəlcə həyat yoldaşı, 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya balta ilə, sonra özünə bıçaqla xəsarət yetirib. Ş.Məlikov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun bu gün Bakıda, saxlanıldığı istintaq təcridxanasında öldüyü bildirilir.

APA-nın əldə etdiyi xəbərə görə, Ş.Məlikov ürək tutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR