Lənkəranda 2 ay əvvəl qəzada xəsarət alan şəxs ölüb

Lənkəranda 2 ay əvvəl qəzada xəsarət alan şəxs ölüb
# 29 aprel 2024 18:25 (UTC +04:00)

Lənkəranda qəzada xəsarət alan şəxs 2 ay sonra ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, fevralın 29-da ölümlə nəticələnən yol qəzasında xəsarət alan Lənkəran rayonunun Xanbulan kənd sakini, 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli bu gün səhər Lənkəran rayon mərkəzi xəstəxanasında vəfat edib.

Ülvi Əzizli iki ay idi xəstəxananın reanimasiya şöbəsində komada idi, süni nəfəs aparatına qoşulmuşdu.

Qeyd edək ki, həmin vaxt Lənkəran rayon ərazisində baş verən qəzada 1998-ci il təvəllüdlü Azər Babayev ölmüş, 2003-cü il təvəllüdlü Riyad Qurbanov xəsarət almışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR