Bank Of Baku

Lənkəranda 2 maşın toqquşub, xəsarət alan var - FOTO

Lənkəranda 2 maşın toqquşub, xəsarət alan var - FOTO
# 14 mart 2024 18:30 (UTC +04:00)

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şəhidlər xiyabanı küçəsi və Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.

Lənkəran rayonunun Sütəmurdov kənd sakini Elşən Hikmət oğlu Əskərovun idarə etdiyi "VAZ-2104" markalı minik avtomobili "Nissan Note" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində sürücü E.Əskərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR