Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb
# 25 aprel 2024 15:35 (UTC +04:00)

Lənkəranda yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüsey oğlu Fərəcovun idarə etdiyi “Mercedes” markalı, 44-BR-444 nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb. Sürücü avtomobildən çıxarılaraq təcili yardım avtomobil ilə xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.

M.Fərəcovun Həsənli kəndində ingilis dili müəllimi işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR