Bank Of Baku

Lənkəranda maşın ağaclara və dirəyə çırpılıb, iş adamı ölüb - FOTO

Lənkəranda maşın ağaclara və dirəyə çırpılıb, iş adamı ölüb - FOTO
# 10 yanvar 2024 11:37 (UTC +04:00)

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA - nın cənub bürosunun verdiyi məlumata görə hadisə Lənkəran - Boradigah - Masallı magistralının Lənkəran rayonunun Vilvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədovun idarə etdiyi "Mercedes - 600" markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəklərinə çırpılıb. Zərbənin təsirindən avtomobilin mühərriki yerindən çıxıb. Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Qeyd edək ki, qəzada ölən N.Məmmədov Lənkəranda sahibkar, iş adamı kimi tanınırdı. O, yanacaqdoldurma məntəqəsinin sahibi idi.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR