Bank Of Baku

Lənkəranda meyiti tapılan 22 yaşlı tələbə ilə bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB

Lənkəranda meyiti tapılan 22 yaşlı tələbə ilə bağlı bəzi təfərrüatlar məlum olub - FOTO  - YENİLƏNİB
# 14 may 2024 21:05 (UTC +04:00)

Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüatlar məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.

K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb. Nənəsinin APA-ya verdiyi məlumata görə o, ailəli olub və ayrılıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbəsi olub. İşləmək üçün Lənkərana gəlib. 2 - 3 gündən sonra ondan heç bir xəbər olmayıb.

Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

***

18:23

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti aşkarlanıb.

Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma gedir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR