Lökbatan qəsəbəsində əlvan metal oğurluğu olub.
DİN-dən APA-ya verilən xəbərə görə, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-nə keçən gecə Lökbatan qəsəbəsi ərazisində şirkətlərdən birinin həyətindən 4000 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən Xanəli Bəyaliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.