Masallıda itkin düşən məktəbli tapılaraq yaxınlarına təhvil verilib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, polis əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində məktəblinin olduğu yer müəyyən edilib. Məktəbli tapılaraq yaxın qohumlarına təhvil verilib.
***
09:04
Masallıda məktəbli itkin düşüb.
APA xəbər verir ki, rayonun Həsənli kəndində yaşayan 2008-ci il təvəllüdlü 9-cu sinif şagirdi Həsənli Sara Akif qızının yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedərək itkin düşüb.
Araşdırma aparılır.