Bank Of Baku

Masallıda meşədə yanğın olub - FOTO - VİDEO - YENİLƏNİB

Masallıda meşədə yanğın olub - FOTO  - VİDEO  - YENİLƏNİB
# 08 yanvar 2024 16:48 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Masallı rayonunun Şıxlar kəndi yaxnlığında meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, meşə ərazisində 800kv.m. sahədə kol-kos və xəzəl yanıb, ağaclar yanğından mühafizə olunub.

***

16.39

Masallı rayonu Şıxlar kəndi ərazisində meşə massivində yanğın olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə günorta saatlarında baş verib. 0.8 ha ərazidə baş verən yanğın xəzəl və kol-kosun alışmasından yaranıb.

FHN-nin Masallı Yanğından Mühafizə Hissəsi tərəfindən yanğın söndürülüb. Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR