Bank Of Baku

Masallıda mikroavtobus yük maşını ilə toqquşub, 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb - YENİLƏNİB-1 - VİDEO

Masallıda mikroavtobus yük maşını ilə toqquşub, 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb - YENİLƏNİB-1  - VİDEO
# 25 dekabr 2023 11:17 (UTC +04:00)

Dekabrın 25-də saat 08:00 radələrində Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə dərhal 5 təcili yardım briqadası cəlb olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Xəbərə görə, hadisə nəticəsində xəsarət alan 17 nəfər (16 qadın, 1 kişi olmaqla) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Bədənin müxtəlif nahiyələrinin travmaları ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir, təyin olunmuş müvafiq müalicələri davam etdirilir.

***

10.51

Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, dekabrın 25-də saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi "ZİL" markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi "KamAZ" markalı avtomobillə toqquşub.

Nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb. Həmin avtomobilin sürücüsü və 15 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Faktla bağlı araşdırma aparılır.

***

09.23

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KamAz ” markalı yük avtomobili və “ЗИЛ” markalı mikroavtobus toqquşub, 6 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Aləmdə Nəsib

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR