Bank Of Baku

Masallıda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO

Masallıda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
# 02 yanvar 2024 16:17 (UTC +04:00)

Masallıda baş verən zəncirvari qəzada 4 nəfər xəsarət alıb.

APA - nın cənub bürosunun verdiyi xəbərə görə, zəncirvari yol-nəqliyyat hadisəsi Masallı rayonunun Boradigah qəsəbə ərazisində qeydə alınıb. Masallı rayon Türkoba kənd sakini 1976 - cı il təvəllüdlü Şahhüseyn Adil oğlu Nurullayevin idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən, Masallı rayonunun Türkoba kənd sakini 1990 - cı il təvəllüdlü Ramal Məzahir oğlu Sadıqovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili və 1960 - cı il təvəllüdlü Həsən Qələm oğlu Nəzərovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində "Hyundai" və "Mercedes" markalı nəqliyyat vasitələrinin sürücüləri və avtomobillərdə sərnişin qismində olanlar, Masallı rayonunun Türkoba kənd sakini 1973 - cü il təvəllüdlü Bəhruz Adil oğlu Nurullayev və Masallı rayonunun Tüklə kənd sakini 1969 - cu il təvəllüdlü Nəsib Süleyman oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Onların müalicələri xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR