Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib

Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
# 23 aprel 2024 10:55 (UTC +04:00)

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı və Elnur Şükürovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin onların barəsində çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR