Bank Of Baku

Meşədə həmkəndlisinin qətlinə görə tutulan şəxsin məhkəməsi başlayır

Meşədə həmkəndlisinin qətlinə görə tutulan şəxsin məhkəməsi başlayır
# 27 dekabr 2023 17:26 (UTC +04:00)

Həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işinin istintaqı yekunlaşıb.

Oğuz rayon prokurorluğundan APA-ya verilən məlumata görə, sentyabrın 14-də Oğuz rayon, Mollalı kənd sakini Toğrul Kərimovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1992-ci il təvəllüdlü Pərvin Məmmədovun həmkəndlisi Toğrul Kərimovu sentyabrın 11-də yaşadığı kəndin meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Pərvin Məmmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR