Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samux rayonunda, "Mingəçevir" su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
APA-nın qərb bürosunun xəbərinə görə, su anbarında batan şəxsin Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Bayramov Sərdar Valeh olduğu bildirilir.