Bank Of Baku

Naxçıvanda 2 maşın toqquşub, köməksiz qalan 3 nəfər xilas olunub - YENİLƏNİB

Naxçıvanda 2 maşın toqquşub,  köməksiz qalan  3 nəfər xilas olunub - YENİLƏNİB
# 09 yanvar 2024 15:12 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “AzSamand” markalı yük avtomobili və “ВАЗ” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər köməksiz vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşların avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilməsi təmin edilib.

***

8 yanvar, 21.12

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

"VAZ 2108" markalı avtomobillə "AzSamand" toqquşub.

Qəza nəticəsində Şahbuz rayon Badamlı kənd sakini, 1993-cü il təvəllüdlü Abbasov Asim Elxan oğlu xəsarət alıb.

O, Naxçıvan Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR