Bank Of Baku

Naxçıvanda dağ keçisi ovlayanlar saxlanılıb- FOTO

Naxçıvanda dağ keçisi ovlayanlar saxlanılıb- FOTO
# 24 fevral 2023 16:36 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında qanunsuz ov edənlər saxlanılıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çalxanqala kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri V.Ağaməmmədov, O.Xudaquliyev, Ş.Ağaməmmədov və A.Ağaməmmədov saxlanılıb. Onlardan qanunsuz saxlanılan “İJ-18”, “Cifsa” və “TOZ-63” markalı 4 ov tüfəngi götürülüb.

V.Ağaməmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan ovladıqları 1 ədəd dağ keçisi, 4 ədəd patron və 1 ədəd patron qatarı aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR