Bank Of Baku

Naxçıvanda elektrik qəzası olub, bir neçə bina işıqsız qalıb

Naxçıvanda elektrik qəzası olub, bir neçə bina işıqsız qalıb
# 12 yanvar 2024 09:32 (UTC +04:00)

Bu gün səhər saat 06:30-dan etibarən Naxçıvan şəhərinin İstiqlal küçəsində işıqların sönməsinə gətirib çıxaran qəza baş verib. Qəza nəticəsində bir neçə binaya işığın verilməsi dayandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən APA-ya verilən məlumata görə, 18 nömrəli hava elektrik xəttində qəza baş verib.

Nəticədə, bir neçə binaya işığın verilməsində fasilə yaranıb.

“Qəza baş verən saatlarında başlayaraq, həmin ərazidə təmir-bərpa briqadaları qəzanın nəticələrini aradan qaldırmaqla məşğuldur. Bəzi binalara artıq işığın verilməsi bərpa edilib. Qarşıdakı bir neçə saat ərzində elektrik enerjisinin verilişi bərpa olunacaq”, - məlumatda vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR