Naxçıvanda hədə-qorxu ilə əldə olunan pulu məhkumlara göndərən şəxslər tutulub - VİDEO

Naxçıvanda hədə-qorxu ilə əldə olunan pulu məhkumlara göndərən şəxslər tutulub - VİDEO
# 29 fevral 2024 12:20 (UTC +04:00)

Naxçıvan polisi tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən və əldə olunmuş vəsaiti cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirilib.

DİN-dən APA-ya verilən məlumata görə, keçirilən tədbir nəticəsində əvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Naxçıvan şəhər sakinləri, Quliyev Qadir və Zöhrabov Toğrul saxlanılıb. Onlar şantaj etdiyi şəxsdən pul vəsaiti alarkən Naxçıvan MR DİN-in əməkdaşları tərəfindən tutulub.
Həmin şəxslər istinataqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.
Saxlanılan şəxslərin hər biri barəsində Naxçıvan MR-nın Daxili İşlər Nazrliyinin Təhqiqat və İstintaq idarəsində araşdırmalar aparılır.
Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR