Bu gün Naxçıvan şəhərinin Atabəylər küçəsində, 1-ci mikrorayon ərazisində magistral su xəttində qəza baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olması göstərilib.
Qəza nəticədə mikrorayon ərazisində bir sıra küçələrə suyun verilişi dayandırılıb. Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar. Hazırda təmir işləri davam etdirilir.