Bank Of Baku

Neftçala sakinlərindən külli miqdarda narkotik götürülüb

Neftçala sakinlərindən külli miqdarda narkotik götürülüb
# 11 mart 2023 08:48 (UTC +04:00)

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Ağakişi Süleymanov və Azər Mahmudov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan külli miqdarda narkotik vasitə aşkarlanıb.

Belə ki, baxış zamanı A.Süleymanovdan 2 kiloqram 225 qram, A.Mahmudovdan isə 3 kiloqrama yaxın marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR