Neftçalada intihar hadisəsi baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, 1976-cı il təvəllüdlü Neftçala rayonu, Xəzər kənd sakini Qızqayıd Xəlilovanın yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar etməsı faktı ilə bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.