Bank Of Baku

“Neftçi”-“Qarabağ” oyunundan sonra futbolçunun saxlanılması xəbərinə aydınlıq gətirilib

“Neftçi”-“Qarabağ” oyunundan sonra futbolçunun saxlanılması xəbərinə aydınlıq gətirilib
# 09 oktyabr 2023 00:08 (UTC +04:00)

Futbolçu Elvin Cəfərquliyevin “Neftçi” - “Qarabağ” oyunundan sonra saxlanılması barədə yayılan məlumatlar yanlışdır.

APA xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.

Qeyd olunub ki, qarşılaşmadan sonra E.Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib.

Futbolçunun çantasını oğurlayan stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb.

Daha sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün Polis Şöbəsinə dəvət edilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR