Bank Of Baku

Nərimanov rayonunda yanğında xəsarət alan 5 nəfərin vəziyyəti ağır stabildir

Nərimanov rayonunda yanğında xəsarət alan 5 nəfərin vəziyyəti ağır stabildir
# 01 aprel 2024 09:56 (UTC +04:00)

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

Yanğından xəsarət alan və Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən 23 nəfərdən 18-nə ilkin tibbi yardım göstərilib, evə buraxılıb. Qalan 5 nəfərin müalicəsi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır stabil qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR