Bakı-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, Cəfər Həsənovun idarə etdiyi "BMW" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Nəticədə sürücü C. Həsənov hadisə yerində ölüb. Avtomobildə olan digər 3 sərnişin - Emin Xudiyev, Nərmin Təhməzova və Leyla Qocayeva xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.