Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alan var

Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alan var
# 04 mart 2024 20:14 (UTC +04:00)

Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alan var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin girişində baş verib. Qəza zamanı iki minik avtomobili toqquşub.

İlkin məlumata görə, avtomobildə olan sərnişin, rayonun Yaqublu kənd sakini - 1995-ci il təvəllüdlü Nurəhməd Nərman oğlu Mövlamov müxtəlif dərəcəli xəsarət alıb. N. Mövlamova lazımi ilkin tibbi yardım göstərilib.

O müayinə edilməsi üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR