Bank Of Baku

Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO

Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
# 10 yanvar 2024 17:46 (UTC +04:00)

Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Calut kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz rayon sakinlərinin idarə etdiyi "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.
Nəticədə avtomobillərdə olan 3 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlardan ikisi rayonun Yaqublu, bir nəfər isə Calut kəndinin sakinləridir.

Xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR