Ötən il avtobus və mikroavtobus sürücülərinin təqsirindən yol qəzalarında 24 nəfər ölüb, 37 nəfər yaralanıb

Ötən il avtobus və mikroavtobus sürücülərinin təqsirindən yol qəzalarında 24 nəfər ölüb, 37 nəfər yaralanıb
# 21 fevral 2024 10:35 (UTC +04:00)

2023-cü il ərzində respublika ərazisində avtobus və mikroavtobus sürücülərinin təqsiri ucbatından 42 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciətində deyilir.

Məlumata görə, nəticədə 24 nəfər həyatını itirib, 37 nəfər isə yaralanıb.

Qeyd olunub ki, maddi zərərlə nəticələnən 2560 yol-nəqliyyat hadisəsində sözügedən sahədə çalışan sürücülərin bilavasitə iştirakı da, bu sahədə vəziyyətin qənaətbəxş olmadığından xəbər verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR