Ötən il prokurorluq orqanları tərəfindən 1216 fakt üzrə cinayət işi başlanılıb.
APA xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən kollegiya iclasında deyib.
O bildirib ki, həmin cinayət işlərindən 902 cinayət işinin istintaqı başa çataraq baxılması üçün məhkəmələrə göndərilib:
“448 cinayət işi üzrə icraata xitam verilib, 644 işin icraatı dayandırılıb, 434-ün isə işi növbəti ilə qalıq qalıb”.