2023-cü ildə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 494 fakt müəyyən edilib.
APA xəbər verir, bu barədə Daxili İşlər Nazirliyində 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclasında məlumat verilib.
Verilən məlumata görə, həmin cinayətlərə görə 262 nəfər tutulub. Ümumilikdə 12.648 odlu silah və 2,5 milyona yaxın sursat aşkarlanıb.