Bank Of Baku

Paytaxtda onsəkkizmərtəbəli binanın liftindəki qəzanın təfərrüatları məlum olub

Paytaxtda onsəkkizmərtəbəli binanın liftindəki qəzanın təfərrüatları məlum olub
# 16 yanvar 2024 23:56 (UTC +04:00)

Bakıda dörd nəfərin xəsarət alması ilə nəticələnən onsəkkizmərtəbəli binanın liftindəki qəzanın təfərrüatları məlum olub.

APA xəbər verir ki, hadisə zamanı liftdə yeddi nəfər olub.

Sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Aşur Məmmədov gəlib.

Hadisə zamanı yeddi nəfərdən dördü xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR