Bank Of Baku

Paytaxtdakı binada baş verən yanğın söndürülüb, sakinlər təxliyə olunub - YENİLƏNİB-2

Paytaxtdakı binada baş verən yanğın söndürülüb, sakinlər təxliyə olunub - YENİLƏNİB-2
# 01 yanvar 2024 09:08 (UTC +04:00)

Bakı şəhərinin Xətai rayonunda hündürmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 96 m² olan üçotaqlı mənzilin yanar konstruksiyaları 65 m² sahədə, 19-cu mərtəbəsində ümumi sahəsi 96 m² olan üçotaqlı mənzilin döşəməsi 2 m² sahədə yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən 8 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 01.53

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən sakinlər təxliyə olunub.

***

Saat 01:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

APA xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Saat 01:01

Bakıda binada yanğın baş verib.

APA xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektindəki binalardan birində qeydə alınıb.

İlkin ehtimala görə, yanğın eyvana düşən fişəngdən baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR