Bank Of Baku

Perinatal Mərkəzdə baş verən yanğınla əlaqədar təxliyə prosesi başladılıb - FOTO - YENİLƏNİB - VİDEO

Perinatal Mərkəzdə baş verən yanğınla əlaqədar təxliyə prosesi başladılıb - FOTO  - YENİLƏNİB  - VİDEO
# 09 yanvar 2024 04:48 (UTC +04:00)

Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

***

Saat 04:45

Respublika Perinatal Mərkəzində baş verən yanğınla əlaqədar pasiyentlər təxliyə edilib.

APA xəbər verir ki, həmçinin küvəzdə olan körpələrin təcili tibbi yardımn maşınları ilə digər xəstəxnalara aprılmasına başlanılıb.

Əraziyə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR