Bank Of Baku

Prokurorluq Sumqayıtda baş vermiş partlayışla bağlı araşdırma aparır

Prokurorluq Sumqayıtda baş vermiş partlayışla bağlı araşdırma aparır
# 15 yanvar 2024 21:44 (UTC +04:00)

Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş vermiş partlayışla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə APA-dan daxil olmuş sorğuya cavab olaraq bildirilib.

Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

İlkin ehtimala əsasən hadisə qazsızma nəticəsində baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR