“Neftçi” - “Qarabağ” matçından sonra “Qarabağ”ın futbolçusunun çantası oğurlanıb.
APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qeyd olunub ki, futbolçu Elvin Cəfərquliyevin çantasını oğurlayan azarkeş saxlanılıb.
Nazirlikdən verilən məlumata görə, çanta sahibinə qaytarılıb.
Araşdırmalar davam etdirilir.