Qaxda 34 yaşlı kişi dərmandan zəhərlənib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Armudlu kənd sakini, 1989-cu il təvəllüdlü Elşən Məzahir oğlu Kərimov zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə zamanı E. Kərimovun dərmandan zəhərləndiyi məlum olub. E. Kərimovun müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.