Bank Of Baku

Qaxda bir gündə iki yanğın hadisəsi qeydə alınıb

Qaxda bir gündə iki yanğın hadisəsi qeydə alınıb
# 07 oktyabr 2023 17:12 (UTC +04:00)

Qaxda bir gündə iki yanğın hadisəsi qeydə alınıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, birinci yanğın hadisəsi rayonun Zərnə kəndində, kənd sakini Lalə İlyasovaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində yeni təmirdən çıxmış evin 100 kvadratmetr sahədə dam örtüyü və tavan örtüyü tamamilə yanıb. Yanğın evin dam örtüyündən baş verdiyi bildirilir. Yanğın zamanı xəsarət alan olmayıb.

İkinci yanğın hadisəsi isə Qax şəhəri İmam Mustafayev küçəsində, Elnur Qadaşova məxsus fərdi yaşayış evinin həyətində tikilmiş köməkçi tikilidə qeydə alınıb. Bu yanğının söndürülməsinə FHN-nin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində köməkçi tikili yanar konstruksiyaları və içərisindəki əşyalar tamamilə yanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR