Bank Of Baku

Qəbələ sakini dəm qazından boğularaq ölüb

Qəbələ sakini dəm qazından boğularaq ölüb
# 10 mart 2023 13:30 (UTC +04:00)

Qəbələ rayon sakini dəm qazından boğularaq ölüb.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə Goranboy rayonunda baş verib.

Qəbələnin Böyük Pirəlli kənd sakini, 1994-cü il təvəllüdlü Maqsud Yulət oğlu Əliyev Goranboy rayonunda müvəqqəti məskunlaşdığı evdə dəm qazından boğularaq dünyasını dəyişib.

Maqsud Əliyev Vətən müharibəsinin iştirakçısı olub. O, 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində gözündən yaralanıb.

Maqsud Əliyev ailəli olub, iki övladı var.

Hadisə zamanı Maqsud Əliyevin ailə üzvləri Qəbələdə olub.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR