Bank Of Baku

Qəbələdə qanunsuz yolla kömür istehsal edən şəxslər müəyyən olunub

Qəbələdə qanunsuz yolla kömür istehsal edən şəxslər müəyyən olunub
# 25 fevral 2023 11:35 (UTC +04:00)

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Məmmədağalı və Mirzəbəyli kəndlərində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən kömür quyuları aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən xəbərə görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin kənd sakinləri – Dilarə Zamanova, Sahil və Turxan Hüseynovlar, eləcə də Tural Məsimbəyli olduqları müəyyən edilib. Onların barəsində protokol tərtib edilərək aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR