Bank Of Baku

Qəbələdə yol qəzası nəticəsində 1 nəfər ölüb - FOTO - YENİLƏNİB-1

Qəbələdə yol qəzası nəticəsində 1 nəfər ölüb - FOTO  - YENİLƏNİB-1
# 10 oktyabr 2023 00:06 (UTC +04:00)

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, oktyabrın 9-u saat 20 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə “Ford” markalı mikroavtobus toqquşub. Hadisə nəticəsində “VAZ-2107”dəki sərnişin, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Elşad Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

21.42

Qəbələ baş vermiş qəzanın bəzi detalları aydın olub.

APA-nın Şirvan bürosu xəbər verir ki, “Ford” markalı avtomobili Qəbələ rayonu Xırxatala kənd sakini Zeynalov Hacıalı Comərd oğlunun idarə etdiyi məlum olub. “VAZ-2107”də isə Ağdaş rayonunun sakinləri olublar.

Ilkin məlumata əsasən qəza nəticəsində “VAZ-2107”də olan Ağdaş rayon sakini dünyasını dəyişib. Sürücü isə ağır vəziyyətdə Qəbələ rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

21.07

Qəbələdə ağır avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.

"Ford" markalı mikroavtobus "VAZ-2107" markalı avtomobillə toqquşub. İlkin məlumata əsasən hadisə nəticəsində dünyasını dəyişən var.

Əlavə məlumat veriləcək.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR