Qəbələdə yol qəzası baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə Qəbələ - Ağdaş yolunda, Savalan kəndi ərazisində baş verib.
“Mercedes” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində Göyçay sakinləri – 1990-cı il təvəllüdlü Elşən Səmədov, 1992-ci il təvəllüdlü Elgün Səmədov və Qəbələ rayon sakini 1960-cı il təvəllüdlü Əjdər Şərifzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar xəstəxanaya çatdırıblar, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İlham Əhmədov