Qobustanda mağazalardan oğurluq edən dəstə üzvləri saxlanılıb

Qobustanda mağazalardan oğurluq edən dəstə üzvləri saxlanılıb
# 24 fevral 2024 08:46 (UTC +04:00)

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Çuxanlı və Yekəxana kəndlərində yerləşən ümumilikdə 3 mağazadan eyni gündə oğurluq edilməsi barədə şöbəyə məlumat daxil olub.

Gecə saatlarında obyektlərə daxil olan naməlum şəxslər kassalarda olan pulu, telefon danışıq kartlarını və dəyəri 1000 manatdan yuxarı olan tütün məmulatlarını oğurlayıblar. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər – Fərid Ağarzazadə, əvvəllər də oğurluğa görə məhkum olunmuş Qəzənfər İsaqlı, Qərib İsmayılov, Cahandar Cəbrayılov və Müşviq Həsənov saxlanılıb.

Araşdırma zamanı tanışların oğurluq məqsədilə paytaxtdan Qobustana gəldikləri və məqsədlərinə çatdıqdan sonra Bakıya qayıdaraq əldə etdiklərini öz aralarında böldükləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR